Premyer Liqada mövsüm bərpa olunmaya bilər – açıqlama

İngiltərə Premyer Liqasında mövsüm erkən yekunlaşdırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın Təlimçilər Dərnəyinin icraçı direktoru Riçard Bivan açıqlama verib. Bivan, klubların neytral zonada oynamaq istəməyəcəyi halda, çempionatda mövsümün erkən yekunlaşdırıla biləcəyini deyib.

Premyer Liqa matçlarının neytral zonada keçirilməsini 20 klubdan 14-ü dəstəkləməlidir.

Bundan əvvəl Premyer Liqanın iyunun 8-də bərpa olunacağı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button