Kapitanın virus qorxusu: “Oğlum 5 aylıqdır və nəfəs almasında problem var”

İngiltərənin “Uotford” klubunun futbolçusu Troy Dini koronavirusa görə məşqlərə başlamaq istəmir.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun kapitanı yerli mətbuata açıqlama verib:

“Məşqlərə başlanılmasına icazə verildi, ancaq mən bunu etməyəcəm. Başa düşə bilmirəm, saçlarımızı kəsdirə bilmərik, ancaq 19 nəfərlə meydanda məşq edə bilərik? Virusun təhlükəsi hələ keçməyib, niyə riskə getməliyəm?

Virusun yayılması üçün onun bir nəfərə yoluxması kifayətdir. Mən virusu evə gətirmək istəmirəm. Oğlum 5 aylıqdır və nəfəs almasında problem var. Mənim üçün əziz olan insanları itirmişəm. Sağlamlığım cibimdəki puldan daha vacibdir”.

İngiltərədə Premyer Liqa klublarına kollektiv məşqlərə başlamağa icazə verilib. Çempionatın iyunun 12-də başlayacağı gözlənilir.