“Tottenhem”in futbolçusu üçün il bitdi

İngiltərənin “Tottenhem” klubunun zədəli futbolçusu Kristian Romeronun son durumu bilinib.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte yerli mətbuata açıqlamasında deyib. Konte, Argentina yığmasının noyabrın 17-də Braziliyaya qarşı keçirdiyi DÇ-2022-nin seçmə mərhələ oyununda (0:0) zədələnən müdafiəçinin bu il yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Romero bundan sonra azı 10 matçı buraxacaq. Onun zədəsinin bərpası gələn ilin fevralına qədər çəkə bilər.

23 yaşlı müdafiəçi bu mövsüm “Tottenhem”lə 13 oyuna çıxıb.