Dəvəyə görə oyun yarımçıq dayandırıldı – video

İngiltərənin səviyyəcə 7-ci liqasının “İlkli Taun” – “Karlton Atletik” oyunu yarımçıq dayandırılıb.

Komanda.az xəbər verir ki, buna səbəb meydana alpakanın (dəvə növü) daxil olması olub. Matçın ilk hissəsində meydana girən alpaka futbolçulardan birini də qorxudub.

Alpaka meydanı tərk etdikdən sonra oyun davam etdirilib və “İlkli Taun” 2:0 hesablı qələbə qazanıb.