“Şalke”nin futbolçusu Premyer Liqa klubunda – rəsmi

İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Şalke”dən Nabil Bentalebi transfer edib. Bu barədə “Nyukasl”ın rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa klubunun formasını geyinəcək.

“Nyukasl” mövsümün sonunda Bentalebin transfer hüquqlarına sahib ola bilər.

“Tottenhem”in yetirməsi olan Bentaleb, 2017-ci ildə 19 milyon avro qarşılığında “Şalke”yə keçmişdi. Yarımmüdafiəçi Əlcəzair milli komandasının da üzvüdür.