“Barselona”dan “Liverpul”un futbolçusuna təklif

İngiltərənin “Liverpul” klubunun futbolçusu Corcinyo Veynaldum İspaniya “Barselona”sından təklif alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı yarımmüdafiəçiyə illik 8 milyon avro qazanacağı müqavilə təklif edib. Sözləşmənin müddəti isə 3 illik nəzərdə tutulub.

Veynaldumun “Liverpul”la müqaviləsi mövsümün sonuna qədərdir. Niderlandlı futbolçunun “Barselona”ya keçəcəyi gözlənilir.