“Çelsi”yə məğlubiyyət faciə deyil” – Ançelotti

İngiltərənin “Everton” komandasının baş məşqçisi Karlo Ançelotti Premyer Liqanın 27-ci turunda “Çelsi”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Çelsi” bizdən daha yaxşı oynadı. Qələbə qazanmağa layiq idilər. İlk 30 dəqiqə müdafiədə yaxşı oynadıq. Qol buraxdıqdan sonra bizim üçün daha çətin oldu. “Çelsi” kimi komandaya qarşı açıq oyun oynaya bilmərik. “Liverpul”la matçdakı kimi oynamağı planlaşdırırdıq, lakin alınmadı.

Yeni mövsümdə avrokuboklarda mübarizə aparmaq istəyirik. Sona qədər mübarizə aparacağıq. Bu məğlubiyyət bizi üzdü. “Çelsi”yə məğlubiyyət faciə deyil”.

“Everton” Premyer Liqada 6-cı, “Çelsi” isə 4-cü sıradadır.