Ronaldo, yoxsa Messi? – Ançelotti cavablandırdı

İngiltərənin “Everton” komandasının baş məşqçisi Karlo Ançelotti “Kriştiano Ronaldo, yoxsa Lionel Messi” sualını cavablandırıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, seçimini Ronaldodan yana edib:

“Mənə görə Ronaldo Messidən üstündür. Çünki onunla birgə çalışmışam və buna görə də onu seçirəm. Mən məşqçi olanda rəhbərliyim altında çox qol vurdu və işinə məsuliyyətlə yanaşdı.

Məşqçisi olduğum ən yaxşı futbolçu kimi isə Ronaldonun adını çəkə bilmərəm. Çünki rəhbərlik etdiyim komandalarda yaxşı futbolçuların siyahısı uzundur. Ona görə Ronaldonun adını çəkə bilmərəm”.

Ançelotti 2013-2015-ci illərdə “Real”da çalışıb. Ronaldo isə 2009-2018-ci illər aralığında “kral klubu”nun şərəfini qoruyub.