Riçarlison bunu bacaran ilk braziliyalı oldu – Premyer Liqada

İngiltərənin “Everton” klubunun futbolçusu Riçarlison Premyer Liqanın tarixinə düşüb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, braziliyalı hücumçu 29-cu turun “Vest Bromviç”lə səfər matçında (1:0) komandasına qələbə qazandıran qolun müəllifi olub. Riçarlison çempionatda ardıcıl 4 oyundur ki, qol vurur. Hücumçu, Premyer Liqada iştirak edən braziliyalılar arasında bunu bacaran ilk futbolçudur.

Riçarlison 2018-ci ildən “Everton”da çıxış edir. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyunda 6 qol vurub. Hücumçu Braziliya yığmasının da üzvüdür.