Cenk Tosun Türkiyəyə qayıda bilər

İngiltərənin “Everton” klubunda forma geyinən Cenk Tosun karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçuyla “Fənərbaxça” yaxından maraqlanır. Bu barədə “goal.com” saytı məlumat yayıb.

“Fənərbaxça” Tosunu komandadan ayrılacağı gözlənilən Vedat Muriciyə əvəzləyici olaraq düşünür.

“Everton”la 2022-ci ilin yayına qədər müqaviləsi olan Cenk, Türkiyədə daha əvvəl “Qaziantepspor” və “Beşiktaş”da çıxış edib.