“Çelsi”nin baş məşqçisi Çempionlar Liqasının tarixinə düşdü

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, məşqçi karyerasında ardıcıl 2-ci dəfə turnirin finalına çıxıb. Tuxel bunu iki fərqli komanda ilə bacaran ilk məşqçi olub.

Bu mövsüm “Çelsi” ilə finala çıxan Tuxel, ötən il Fransa PSJ-si ilə buna nail olmuşdu. Lakin Paris təmsilçisi həlledici görüşdə “Bavariya”ya uduzmuşdu – 0:1.

“Çelsi” Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya “Real”ını mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). “Zadəganlar”ın finaldakı rəqibi “Mançester Siti” olacaq.