Azarkeşlər klub rəhbərliyinin iclaslarında iştirak edəcək – “Çelsi”də

İngiltərənin “Çelsi” klubu azarkeşləri ilə bağlı yeni qərar qəbul edib.

Komanda.az xəbər verir ki, artıq klub rəhbərliyinin iclaslarında azarkeşlər də yer alacaq. Bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Belə ki, iyulun 1-dən klub rəhbərliyinin iclasında azarkeş qrupları arasından seçilmiş üç nəfər nümayəndə də iştirak edəcək.

İl ərzində dörd və daha çox iclasda iştirak edəcək azarkeşlər qərarların alınmasında rol oynamayacaq. Onlar iclasda məsləhətçi olaraq yer alacaqlar.

“Çelsi” İngiltərə Premyer Liqasında 4-cü sıradadır.