“Derbidə uduzmaq çox ağrılıdır” – Veynaldum

İngiltərə Premyer Liqasının 25-ci turunda “Everton”a uduzan “Liverpul”un futbolçusu Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Bir klub üçün derbinin nə olduğunu bilirik. Derbidə uduzmaq çox ağrılıdır. İlk dəqiqələrdə daha az risk etməliydik. Mövsüm ərzində çoxlu futbolçularımızı itirmişik. Premyer Liqada qələbə qazanmaq hər zaman çətin olur, zədələr də işimizi daha da çətinləşdirir”.