“Liverpul”un təxirə salınan oyununun keçirilmə vaxtı bilindi

İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınan “Liverpul” – “Vest Hem” matçının keçiriləcəyi vaxt məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. “Liverpul” – “Vest Hem” matçı yanvarın 29-da keçiriləcək və saat 23:45-də start götürəcək.

“Liverpul” – “Vest Hem” oyunu Mersisayd təmsilçisinin Klublararası dünya çempionatının “Flamenqo” ilə final matçına (1:0) görə təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button