“Çempion komandaya uduzduq” – Ançelotti

İngiltərə Premyer Liqasının 16-cı turundan təxirə salınmış oyunda “Mançester Siti”yə uduzan “Everton”un baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ançelotti, çempion komandaya məğlub olduqlarını deyib:

“Biz çempion komandaya uduzduq, mənim fikrim belədir. Çempionluq məsələsində başqa bir komandanın adını çəkə bilmirəm. “Mançester Siti”də hazırda yaxşı işlər görülür. “Şəhərlilər”in heyəti güclüdür və özlərinə inanırlar. Biz də güclü tərəflərimizlə nəsə etməyə çalışdıq, ancaq rəqibin müdafiəsi buna imkan vermədi”.

“Everton” – “Mançester Siti” matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. “Mançester Siti” Premyer Liqada 56 xalla liderdir, “Everton” isə 37 xalla 7-cidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button