Yay transfer pəncərəsinin vaxtı açıqlandı – İngiltərədə

İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Premyer Liqada transfer dövrü iyunun 9-da başlanacaq və 31 avqusta qədər davam edəcək.

İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 14-də başlayacaq.