İngiltərədə mövsümün ən yaxşı futbolçusu açıqlandı

İngiltərə Peşəkar Futbolçular Birliyi (PFA) İngiltərədə bütün turnirlər nəzərə alınmaqla mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir. Belçikalı yarımmüdafiəçi ardıcıl 2-ci dəfə İngiltərədə ilin ən yaxşı futbolçusu mükafatını qazanıb.

De Bruyne ötən mövsüm “Mançester Siti” ilə bütün turnirlər daxil olmaqla 40 oyunda 10 qol vurub, 18 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button