“İndi niyə baş məşqçi dəyişsin ki?!” – Benzema

İspaniya La Liqasının son turunda “Valyadolid”i 4:1 hesabı ilə məğlub edən “Real”ın futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu, baş məşqçisi Santyaqo Solariyə dəstək olaraq, onun komandada qalmalı olduğunu deyib:

“Komandamızda məşqçi işi olmasaydı, biz bugünkü kimi oynamazdıq. İndi niyə baş məşqçi dəyişsin ki?! Mövsümün sonuna 11 matç var. Bu, klubun daxili məsələsidir, bunu müzakirə etmək istəmirəm. Amma ümid edirəm ki, Solari mövsümün sonuna qədər bizimlə qalacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button