“Biz indi xoşbəxt və diqqətli olmalıyıq” – Unay Emeri

“Aston Villa”nın baş məşqçisi Unay Emeri komandanın İngiltərə çempionatının turnir cədvəlində ilk dördlükdəki mövqeyini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis diqqətlərini “Arsenal”la matça yönəltdiklərini bildirib:

“30 və ya 32-ci tura qədər gözləyə bilərik. Həmin vaxt ilk dördlüyə düşsək, o zaman həmin yerə layiq olduğumuza əmin ola bilərik.

Biz indi xoşbəxt və diqqətli olmalıyıq. Çərşənbə günü oyun arxada qaldı və biz o anı “Villa Park”da azarkeşlərimizlə keçirdik (“Aston Villa” “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gəlib). Lakin indi diqqətimizi növbəti matça yönəltməliyik”.

“Aston Villa” 15 turdan sonra 32 xalla üçüncü pillədə qərarlaşıb. Komanda növbəti turda “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button