“Qarabağ” uduzdu, “Kəpəz” Bakı səfərindən 1 xalla döndü

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. MOİK doğma meydanda “Keşlə-2″ni məğlub edib.

“Neftçi-2” “Zaqatala”dan, “Turan Tovuz” isə “Zirə-2″dən üstün olub.

“Kəpəz” səfərdə “Sabah-2” ilə oyundan heç-heçə ilə ayrılıb. “Qarabağ-2” “Qaradağ Lökbatan”a, “Sumqayıt”ın əvəzediciləri isə “Qəbələ”nin ikinci komandasına uduzub.

Birinci divizion, 13-cü tur

22 dekabr

MOİK – Keşlə-2 2:0
Qol:
Elvin Nəsibov, 19. Samir Məmmədzadə, 40.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 14:00

Zaqatala – Neftçi-2 0:1
Qol: Vüsal Əsgərov, 41.
Qırmızı vərəqə: Roini İsmayılov, 41. Aleksandr Şemonayev, 58. (hər ikisi “Zaqatala”) – İnqilab Ələkbərov, 69 (“Neftçi-2”).
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Zirə-2 – Turan Tovuz 0:2
Qol:
Emin Bayramov, 38. Fərmalıy Əliyev, 85.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Asiman Əzizli, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 15:00.

23 dekabr

Sabah-2 – Kəpəz 2:2
Qol: Şakir Seyidov, 1. Kamran Quliyev, 18-pen – Şakir Seyidov, 35-öz qapısına. Tural Rzayev, 48.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00.

Qaradağ Lökbatan – Qarabağ-2 2:1
Qol: Elnur Cəfərov, 35. Raul Məmmədov, 81 – Nəriman Axundzadə, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Qəbələ-2 – Sumqayıt-2 2:1
Qol: Gülağa Əsədov, 4. Mehrac Baxşalı, 39 – Rüstəm Hümbətov, 23-pen.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.