“İki xalı ilk hissədə itirdik” – Zidan

İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Elçe” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis çətin oyun olduğunu bildirib:

“İlk hissədə yaxşı oynasaq da, hesab bərabərləşdikdən sonra vəziyyət çətinləşdi. İkinci hissə hər iki tərəf üçün çətin keçdi. İlk hissədə ikinci qolu vurmaq şansımız vardı, amma bu, mümkün olmadı. İki xalı ilk hissədə itirdik. Mürəkkəb çempionatda mübarizə aparırıq, bütün komandalar xal itirə bilər. Son zamanlar bir çox matçda yaxşı təsir bağışlamışdıq, amma bu gün iki xal itirdik. Çalışmağa davam etməliyik. Çempionat uzundur, qarşıda çox oyunumuz var”.

16 turdan sonra 33 xal toplayan “Real” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button