“İki ildə iki kubok qazanmaq çox sevindiricidir” – “Sabah”ın futbolçusu

“Sabah”ın braziliyalı legioneri İqor Noqeyra mövsümün bitməsinə dörd tur qalmış komandasının Premyer Liqada erkən titul qazanması ilə bağlı fikirlərini bildirib. 

Komanda.az xəbər verir ki, Braziliyanın “ge.globo” portalına açıqlama verən müdafiəçi, ölkə kubokunu ikinci dəfə qazanmaq şanslarından da bəhs edib:

“Bu, həyatımda çox xüsusi andır. Ötən mövsüm təqdim olunan layihəyə inanıb “Sabah”a gəlmişdim. Adımızı klubun tarixinə yazmağı bacardıq. Biz yeni-yeni tarixi olan, lakin artıq böyük klub olmaq iddialarını nümayiş etdirən yeni klubuq. İki ildə iki kubok qazanmaq çox sevindiricidir. Üstəlik, xüsusi olan Çempionlar Liqasına vəsiqə qazanmaq da gözəldir. Mövsümü daha bir kubokla başa vurmaq imkanımız da var. Bunun üçün mübarizə aparacağıq. Bu liqa titulunu qeyd edəcəyik, amma ardıcıl ikinci il ölkə kubokunu qazanmaq və buna son nöqtəni qoymaq üçün diqqət və qətiyyətlə çalışmağa davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button