“İki dəfə qapımıza yaxınlaşıb, bir qol vurdular” – Pike

“Barselona”nın müdafiəçisi Jerar Pike Avropa Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə qarşılaşmasından sonra fikirlərini bölüşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan futbolçu, 1:1 hesabının onlar üçün pis nəticə olduğunu deyib:

“Dörd və ya beş qol vura bilərdik. İki dəfə qapımıza yaxınlaşıb, bir qol vurdular. Oyunumuzdan razıyam, amma nəticədən yox. Bəzi matçlarda şansımız gətirmir. Amma şanslarımız olsa, sonda qol vurmağa başlayacağıq. Bu, güvən məsələsidir. Səviyyəli rəqiblə əla oyun keçirdik. Nəticə bizim üçün pisdir, qalib gəlmək istəyirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button