İbrahimoviç “Milan”la müqavilə bağladı

“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin İtaliyanın “Milan”a transferi tam rəsmiləşib.

Komanda.az xəbər verir ki, isveçli forvard sabiq klubu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalayıb.

Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı forvard Milan təmsilçisinə azad agent kimi keçib. O, köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək. Zlatan yanvarın 6-da “Sampdoriya” ilə A Seriyası matçında meydana çıxa biləcək.

İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib. Həmin dövrdə İtaliya çempionu olan Zlatanın komandası ondan sonra qızıl medala həsrətdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button