İbrahimoviç İtaliyaya qayıtmaq istəmir

Koronavirus pandemiyası səbəbiylə İtaliya A Seriyasının dayandırılmasından sonra ölkəsinə gedən “Milan”ın futbolçusu Zlatan İbrahimoviç İsveçi tərk etmək istəmir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İbrahimoviçin yalnız A Seriyasının bərpa vaxtı müəyyənləşəndən sonra İtaliyaya qayıdacağı bildirilir. Hücumçu, formasını qorumaq üçün sahibi olduğu “Hammarbü” klubunun məşqlərində iştirak edir.

Daha əvvəl “Milan”ın İtaliyadan kənarda olan futbolçularını geri çağırdığı barədə xəbər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button