Hüseynova Sofiyadan qızıl medalla qayıdır

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa Zərifə, finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgiyevanı da 15:11 hesabı ilə məğlub edən Azərbaycan idmançısı 23 ölkədən 213 iştirakçı arasında turnirin qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button