Qullitdən “Real”ı ələ salan açıqlama

Hollandiya millisinin sabiq üzvü Rud Qullit, “Real”ın Çempionlar Liqasının 1/8 finalında “Ayaks”a məğlub olaraq mübarizəni dayandırmasına münasibət bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Qullit, “Ayaks”ın qəbələ qazanmasının onun üçün sürpriz olmadığını deyib:

“Real”ın bu məğlubiyyətlə mübarizəni dayandırması, mənim üçün sürpriz olmadı. “Real”ın “Barselona” ilə oyunlarda sərgilədiyi “performans”, “Ayaks”ın növbəti mərhələ üçün şanslarının olduğunu göstərdi. “Ayaks” rahat qələbə qazandı. Bəlkə də, bu mövsüm “Ayaks”ın ən asan əldə etdiyi qələbə idi. Hollandiya çempionatında qələbə qazanmaq, bəzən bu qədər asan olmur”.

İlk oyunda səfərdə “Ayaks”ı 2:1 hesabıyla məğlub edən “Real”, cavab oyununda 1:4 hesabıyla məğlub olaraq, ÇL-də mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button