“Heyətdə nəyisə dəyişmək planımız yoxdur” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel müdafiəçi Jerom Boatenqin mümkün transferi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis, bu məsələnin müzakirə olunmadığını bildirib:

“Hazırda bu məsələ müzakirə edilmir. Heyətdə nəyisə dəyişmək planımız yoxdur. Biz Dayot Upamekanonu mümkün qədər tez qaytarmağa çalışırıq”.

Xatırladaq ki, Münhen klubunun fransalı müdafiəçisi Dayot Upamekano sol budundan zədə alıb. O, bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button