“Hesab böyük ola bilərdi” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunda doğma meydanda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Qəbələ” ilə matçdan sonra bir az təzyiq altında idik. Həm xal itirdik, həm də oyunçularımızı. Əsas heyətin dörd üzvünün oynamaması təsirsiz ötüşə bilməzdi. Amma onların yerinə oynayanlar özlərini pis göstərmədilər. Yaxşı futbol göstərdik. Hesab böyük ola bilərdi. Bu qələbə kimlərəsə təəccüblüdürsə, onların anlayışı elə bu qədərdir. Təəccübdə də qalsınlar. “Sumqayıt” layiqli qələbə qazandı. Yüksəlişdə olan komandayıq. Bunu qəbul etmək istəmirlərsə, ölüb qalsınlar. Mən saytları oxumuram. Bilmirəm kim məni tənqid edir. Sadəcə mən anlamıram ki, təəccüb nədən irəli gəlir. “Sumqayıt”ın qələbələrinin təəccüblü olmasını bir futbol adamı kimi anlamıram, anlamaq da istəmirəm. Bizim bəlamız da budur, turnir cədvəlinə görə analiz olunur. Xal fərqinə baxın. Bizim ikinci yerdə olan “Zirə” ilə 3 xal fərqimiz var. Hər şeyi turnir cədvəli ilə ölçəcəksizsə, atın bu peşəni.

Kazimir Ninqaya xüsusi təşəkkür düşür. O ağrılarla oynayasan, özün də legioner olasan. Elə legionerlər var ki, dırnağına qara düşən kimi deyir, “zədəliyəm”. Bəlkə də onu ilin sonuna kimi itirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button