“Heç-heçə də bizi qane edəcəkdi” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Evdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən oyunun krtitik anında möhtəşəm dəstəklə futbolçuları ruhlandırdılar. Belə oyunlarda ən böyük üstünlüyümüz onlardır. “Sumqayıt” “Zirə”yə qarşı oyunda çox yaxşı təsir bağışlamışdı. Bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də istədiyimiz sürət olmadı, amma mübarizə apardıq. Hər iki komanda hər qarış üçün mübarizə apardı. Sevinirəm ki, epizod vermədik. Çətinliklərimiz oldu. Xəyal və Eltun xəstə idilər. Onlara da xüsusi təşəkkürümü bildirirəm ki, belə çətin oyunda komandaya kömək etdilər. Ehtiyat qüvvəmiz də çox deyil. Oduvanın zədələnməsi, Ehtiramın, Əzizin olmaması çətinlik yaradır. Hər xal bizim üçün vacibdir. Bu oyun heç-heçə də bitə bilərdi. Bu da bizi qane edə bilərdi. Çünki bizdən aşağı pillədə qərarlaşan komandalara məğlub olmamalıyıq. Çətinliklərimiz olsa da, xarakter göstərməklə, komanda şəklində bu çətinliklərin öhtəsindən gələ bilərik. Hər kəsi təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button