“Hazırda nə istədiyimi bilmirəm” – İbrahimoviç

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İsveç mətbuatına istinadən xəbər verir ki, gələcək karyerası ilə bağlı danışan İbrahimoviç, koronavirus pandemiyası haqda da açıqlama verib:

“Hazırda nə istədiyimi bilmirəm, hər gün yeni bir şey baş verir. “San Siro”da oynamaq çox gözəldir. Hazırda sadəcə yaşamalı və bundan zövq almalıyıq.

Koronavirus futbola böyük təsir göstərdi. Məşq keçməyə, çölə çıxmağa icazə vermirlər. Futbol çempionatlarının dayandırılması dəhşətlidir, amma bu qərara hörmət etməli və səbrli olmalıyıq”.

İsveçli hücumçunun “Milan”la müqaviləsi iyunda başa çatır.