“Real”ın hücumçusu əməliyyat olundu

“Real”ın futbolçusu Eden Hazard əməliyyat olunub.

Komanda.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın Dallas şəhərində edilən əməliyyat uğurlu alınıb.

Belçikalı yarımmüdafiəçinin bir neçə gün xəstəxanada qalacağı bildirilib. Daha sonra onun bərpa prosesinə start veriləcək.

Hazard fevralın 22-də “Levante” ilə görüşdə zədələnmişdi. Onun mövsümün sonunadək sıradan çıxdığı bildirilirdi. Son məlumatlara görə isə, belçikalı hücumçunun bərpa prosesi 2-3 ay çəkəcək.

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən Hazard bu müvsüm “Real”ın heyətində cəmi 10 oyuna çıxıb və 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Real”ın digər zədəli futbolçusu İsko isə artıq sıraya dönüb. Yarımmüdafiəçi hələlik fərdi məşq edir. Amma “Marca”nın iddiasına görə, futbolçu qarşıdakı “Betis”lə oyunda meydana çıxa biləcək.

Madrid təmsilçisində Hazardla yanaşı, Marko Asensio da zədə səbəbindən komandaya kömək edə bilmir.