“Hamı bizdən şübhələndi, amma…” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in futbolçusu Mate Kvirkiya Premyer Liqanın sonuncu turunun “Turan Tovuz”la (0:1) matçından sonra sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, gürcü yarımmüdafiəçi çətin mövsüm keçirdiklərini bildirib:

“Bu gün ilin son oyununu keçirdik. Ən çətin olan bu bir il üçün hamınıza təşəkkür edirəm. Biz böyük bir məqsədə zəhmət nəticəsində nail olduq. Hamı bizdən şübhələndi, amma biz nəyə qadir olduğumuzu hamıya sübut etdik. Azarkeşlərimizə xüsusi təşəkkürlər. Sizi sevirəm, görüşəcəyik”.

Mate Kvirkiya bu mövsüm “Kəpəz”in heyətində meydana çıxdığı 30 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button