Haland Premyer Liqanın tarixinə düşdü

“Mançester Siti”nin futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna “Notingem Forest”ə 6:0 hesabı ilə qalib gəldikləri 5-ci tur oyununda het-trik etməklə nail olub.

Haland Premyer Liqada ardıcıl iki matçda bunu bacaran 7-ci oyunçudur.

Daha əvvəl Les Ferdinand, Yan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Haland iyunun 13-də “Mançester Siti”yə keçib. Onun müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button