Haland – “Real”ın 2024-cü il planı

“Real” 2024-cü ilin yayında “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etməyə hazırlaşır. 

Komanda.az “Sky Germany”-ə istinadən xəbər verir ki, 22 yaşlı norveçli futbolçu mövsümün sonunda müqaviləsi bitən, lakin daha bir il uzadılacağı ehtimal edilən Kərim Benzemanı əvəz edəcək.

Haland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. O, bu mövsüm bütün turnirlərdə 13 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasındakı razılaşma beş ildən sonra başa çatır. İki mövsümdən sonra təzminat məbləği Halandın müqaviləsində göstəriləcək.

34 yaşlı Benzema 2009-cu ildə “Real”a keçib. O, bu mövsüm 8 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button