“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib qələbə qazandıq. Oyun bizim üçün çətin alındı. İki qol vurduqdan sonra üçüncü qolu vura bilmədik. Əsas olan qələbədir. Qarşıda çox önəmli görüşlər var. Həmin matçlara hazırlaşacağıq.

Tovuza gələrkən, özümüzdən çox da yaxşı yaxşı oyun gözləmirik. Vacib olan qələbə qazanmaqdır. Burada oynamaq çox çətindir. Süni örtükdə oynamaq çətindir. “Qarabağ” da burada parlaq oyun göstərməyib. Çünki rəqib arxaya oturur. “Kəpəz” hücum futbolu oynayandır, rəqibə də hücum etməyə imkan verir. “Turan Tovuz” son dəfə burada bizimlə hücuma yönəlik futbol oynamışdı. Çətindir. Ən önəmlisi bu meydançada qələbə qazanmaqdır.

İki ildir buradayam. Hakimlikdən heç də məmnun deyiləm. “Qarabağ”la oyunda Aleksey İsayevin ayağını əzirlər, heç bir qayda pozuntusu qeydə alınmır. Marko Yankoviç Namik Ələskərova qarşı kobud oynayır, ama heç televizorda da göstərmirlər. Maruan Hadudinin əlinə dəyən topu isə tez gördülər. “Zirə” ilə oyunu deyim, Namiki üzündən vururlar, heç nə yoxdur. Emmanuel Apehə iki sarı vərəqə göstərdilər və meydandan qovdular. Bu, mənim işimdir. Mən işimlə yaşayıram. Futbol balet deyil. Hər toxunuşda foulu verirlər. Avropada belə deyil. Bu hakimlik dəyişsə, mən sarı vərəqə görmərəm. Böyük zəhmətlə özünüzə ev alırsız və kimsə əlinizdən alır. Hakimlər qələbəmizi əlimizdən alırlar. Avropada 35 oyunum olub, cəm bir dəfə sarı vərəqə görmüşəm. Hazırda hakimlər çox müdafiə olunur. Amma məşqçilərə dərhal cəza verirlər.

Hamınız deyirsiz ki, Murad Musayevə sarı vərəqə göstərirlər. Hakimlik dəyişsə, bir sarı da almayacam. İki il ərzində bizə qarşı nə qədər səhv etdikləri ilə bağlı bir kaset var. Hakimlikdən narazıyam və bu da dəyişmir. Burada adicə toxunuş olur, cərimə zərbəsi təyin edirlər. Avropada bu epizodlara hakim heç nə verməyəcək, amma biz yerdə qalacağıq. Çünki bizi Azərbaycanda belə öyrədiblər. Avropada isə belə şeyə heç nə vermirlər. Hakimlər eyni şeyi davam edirlər. Bu gün də bərbad hakimlik oldu. Rusiyada cəmi üç qırmızı vərəqəm olub. Özümə söz vermişəm ki, burada olanlara reaksiya verməyəcəm. Amma mümkün deyil. Onlara bir söz də demək olmaz. Hakim səhv edir, məni cəzalandırırlar”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button