“Hər oyuna sonuncu kimi hazırlaşırıq”

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, üçüncü qarşılaşmadan qalib ayrılmaqla final seriyasında 2:1-lik üstünlük qazanan “Sabah”ın çalışdırıcısı bunları söyləyib:

“Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button