Həmyerlisinə “Tottenhem”in baş məşqçisi olmağı məsləhət görüb

“Mançester Yunayted”in almaniyalı sabiq baş məşqçisi Ralf Ranqnik həmyerlisi Yulian Naqelsmanna “Tottenhem”ə getməyi məsləhət görüb.

Komanda.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, Ranqnik həmyerlisinə “Tottenhem”in bir çox cəhətdən böyük klub olduğunu deyib:

“Tottenhem” bir çox cəhətdən böyük klubdur. Onlarda dünyanın ən yaxşı stadionlarından biri var. Onlar ən yaxşı məşq bazalarından birinə malikdirlər. “Tottenhem”də uzun illər klubu idarə edən sahibi Daniel Levi var”.

Naqelsmann “Bayern”dən qovulduqdan sonra işsiz qalıb. Mütəxəssis əvvəllər Bundesliqada “Leyptsiq” və “Hoffenhaym”da çalışıb.

Mətbuat Naqelsmanın “Tottenhem”ə keçmək üçün “Çelsi”də təklifini rədd etdiyini yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button