“Hər oyun bizim üçün bir imtahandır” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Bizə gəlincə, 1-2 epizod var idi ki, qol vura bilərdik. Ümumilikdə, iki hissədə də eyni oyunu göstərdik. Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladılar. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar.
  • Məqsədin məqsədi nə idi?
  • Məqsəd yaxşı çıxış etdi. Topu kənara vurması və sarı vərəqəyə ilə bağlı fasilədə onunla danışdıq. Görünür ki, onunla bir az daha söhbət etməyə ehtiyac var. Fərdi danışıq aparacağıq.

Şahin Cəfərov