“…həmin evə “mebel” qoymaq lazımdır” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino komandanın gələcək planları ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komanda olaraq yenidən formalaşacaqlarını deyib:

“Hər kəs “Tottenhem”in gözəl bir ev olduğunu deyir, amma həmin evə “mebel” qoymaq lazımdır. Transferlərə pul xərcləməyimiz büdcəmizdən asılıdır. Buna görə də, “Liverpul”, “Mançester Siti” kimi klublara hörmət göstərməliyik. Biz cəsur, ağıllı, yaradıcıyıq. İndi yeni bir fəsil yaratmaqdan danışırıq. Bu layihənin necə qurulacağına dair fikir sahibi olmalıyıq. Öz komandamızı, layihəmizi yenidən qurmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button