“Hər kəs Messinin Maradona ilə rəqabətdə olduğunu düşünür, amma…” – Simeone

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone “Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messi ilə bağlı bunları deyib:

“Heç bir şey Messini narahat edə bilməz, bu baxımdan o, möhtəşəmdir. O, sadəcə qarşısına hədəflər qoyur və qazanmaq istəyir. Messi müxtəlif taktikaları olan Luis Enrike, Pep Qvardiola, Ernesto Valverde kimi məşqçilərlə çalışdı, amma hər dəfə öz oyununu göstərdi. Onun üçün vacib olan tək şey, hədəfləri və qalib gəlməyi düşünən bir komandaya sahib olmaqdır.

Hər kəs Messinin Dieqo Maradona ilə rəqabətdə olduğunu düşünür, amma o, sadəcə Kriştiano Ronaldo ilə yarışır. Bu rəqabət hər ikisini daha yaxşı futbolçu etdi.

Messi hazırda dünya çempionu olmaq, Amerika kubokunu qazanmaq istəyə bilər, amma o, sadəcə dünyanın ən yaxşı futbolçusunun kim olduğuna qərar vermək üçün Ronaldo ilə rəqabət aparır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button