“Həmin iki oyuna görə təəssüflənirik” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qazaxıstan yığmasına qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu 6-cı tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

  • Milli qrupda ən yüksək reytinqli rəqibə səfərdə qalib gəldi. Həmin matçdan sonra da dediz ki, zaman lazımdır. Zaman nə üçün lazımdır: daha güclü rəqibləri məğlub etmək, yoxsa qrup mərhələsi üçün?
  • Bir evi tikəndə bünövrədən başlamaq lazımdır. Bu, bir gündə baş verə bilməz. Böyük ev tikmək üçün daha çox vaxt lazımdır. Bizim situasiyada belədir. İlk 4 oyunda çox yaxşı idik. Slovakiyaya məğlub olduğumuz ilk oyunda müdafiədə daha diqqətli oynamalı idik. İlk hissədə hakim lehimizə penalti də təyin edə bilərdi. Qazaxıstanla ilk oyunda 15 zərbə vurmuşduq, rəqib isə 6 dəfə. Onlardan da 2-si qapıya getdi və qol oldu. Qeyd etmək istəyirəm ki, Qazaxıstan çox güclü komandadır. Belarusu səfərdə də məğlub edə bilərdik. İmkanlardan yararlana bilmədik. Həmin iki oyuna görə təəssüflənirik. Artıq 1-ci yer uğrunda yarışa bilərdik. Sabah qalib gəlsək, 2-ci olacağıq. Çox yaxı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam. Hesab edirəm ki, düzgün yoldayıq.
  • Komanda Slovakiya ilə oyunun ikinci hissəsində top saxlaya bilmirdi. Qara Qarayevlə Rəhim Sadıxovun olmamasının bunda rolu ola bilərmi?
  • Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. Adıçəkilən futbolçularla çox oyunlar uduzmuşuq. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir.
  • Komanda Slovakiya ilə oyununh ikinci hissəsində top saxlaya bilmirdi. Qara Qarayevlə Rəhim Sadıxovun olmamasının bunda rolu ola bilərmi?
  • Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. Adıçəkilən futbolçularla çox oyunlar uduzmuşuq. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir.
  • Elvin Camalov klubundan fərqli olaraq millidə özünü göstərə bilmir. Onda hansı üstün xüsusiyyətləri görürsüz?
  • Çox döyüşkən futbolçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizoda görə heç nə demək olmaz. Çox vacib oyunçudur. Həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ondan razıyam. Klubunda da liderdir.
  • Milli üzvlərinə böyük məbləğdə mükafat veriləcəyi bildirilir. Sizcə, bu, onlara necə təsir edəcək?
  • Bu barədə açıq danışa bilmərəm. Kim xəbəri verib, onunla danışa bilərsiz.
  • AFFA-nın mətbuat katibi Firuz Abdulla: Mükafatı təyin edən və verən tərəf olaraq məbləği açıqlamağı etik saymırıq. Şayiələr çox ola bilər.
  • Müqaviləniz bitir. Burada qalmaq istəyirsizmi? Qalsaz, milli rəhbərliyiniz altında nəyə iddia edə bilər?
  • 1 oktyabrda deyəcəm. Müqaviləm sentyabrın 30-u başa çatır.
  • Qara Qarayev məsələsi ilə bağlı səbəbi özünün bildiyini dediz. Ancaq bu, ictimaiyyətə də maraqlıdır…
  • Komandanın içində olanlar orada qalır. Bu barədə danışmıram. Özü soruşsa, deyərəm, soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır.
  • Milli komanda şəxsi mülkünüz deyil. Şayiələrə görə ilk ağızdan eşitmək daha yaxşı olardı…
  • Mən iki dəfə dedim, anlamadız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra qıraqda bir saat danışa bilərəm ki, necə qəzetdə yazırlar. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq.
  • Milli tarixində heç vaxt ardıcıl 3 qələbə qazanmayıb. Sabah qalib gəlsəz, ilkə imza atacaqsız. Bu məqam sizə nə qədər stimul verir?
  • Çox ağır, çətin oyun olacaq. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Slovakiya ilə matçı unutmalı və bu görüşü düşünməliyik.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button