“Həmin hadisədən sonra “Arsenal”dan ayrılmaq barədə düşündüm”

“Arsenal”ın futbolçusu Qranit Caka açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümün əvvəllərində azarkeşlərlə qalmaqal yaşayan 27 yaşlı futbolçu, bunları deyib:

“Hər kəs azarkeşlərlə aramızda nə oldu, bilir. Xoş an deyildi, amma bəlkə də, bu, dönüş nöqtəsi idi. Çünki həmin məsələdən sonra daha güclü formada geri qayıtdım, o hadisələrdən çox şey öyrəndim. İnsanlar artıq məni daha yaxşı başa düşməyə başlayır. Daha əvvəl heç vaxt komandadan ayrılmağı planlaşdırmamışdım. Həmin hadisədən sonra “Arsenal”dan ayrılmaq barədə düşündüm”.