“Bəlkə də, bu gün meydanda daha çox ürək qoymalı idik” – Milner

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Barselona”ya 0:3 hesabı ilə məğlub olan “Liverpul”un futbolçusu Ceyms Milner matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, göstərdikləri oyundan razı qaldıqlarını bildirib:

“Çempionlar Liqasının bu mərhələsində artıq necə oynadığımızın bir əhəmiyyəti yoxdur. Yeganə vacib məsələ əldə olunan nəticələrdir. Bəlkə də, bu gün meydanda daha çox ürək qoymalı idik. Qol vura biləcəyimiz epizodlar yaratdıq, amma alınmadı. “Barselona” ən üst səviyyəli komandalardan biridir. Onlar da qol epizodu yaradacaqdılar, yaratdılar və qol vurdular.

Göstərdiyimiz futbola görə qürurluyuq, amma “Enfild Roud”a daha yaxşı nəticə ilə qayıtmalı idik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button