Gəncə şəhər stadionunda yeni meydançalar nə vaxt hazır olacaq?

Gəncə şəhər stadionunda təbii örtüklü iki meydanın salınması yönündə işlər davam edir.

Komanda.az xəbər verir ki, layihəyə bu ilin aprel ayından start verilib.

Beton, dəmir çəpərləmə və digər işlər yekunlaşdıqdan sonra drenaj və avtomatlaşdırılmış suvarma sisteminin, su anbarındakı işlərin böyük qismi demək olar ki, tamamlanıb.

Hazırda ot örtüyünün salınması işləri görülür ki, bunu İrlandiyanın SİS şirkəti həyata keçirir. Şirkətin nümayəndəsi Sinan Öztürk “Kəpəz”in mətbuat xidmətinə açıqlamasında bildirib ki, ot örtüyünün salınması üçün əvvəlcə əraziyə şeben, ardından qum-torf qarışığı verilib və toxum səpilib. Lazım olacağı halda gübrə və dərman veriləcək.

Layihənin yazda tam başa çatdırılması planlaşdırılıb. Yəni ot örtüyü gələn ilin aprel, ən geci may ayında futbol oynamaq üçün ideal vəziyyətdə olacaq. Sinan Öztürk əlavə edib ki, qarşıdan qış fəslinin gəlməsi səpilən toxumun yetişməsinə çətinlik yaratmayacaq. Çünki bunun üçün önləmə tədbirləri görülüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button