
“Gəncə” amerikalı basketbolçu ilə müqavilə bağlayıb
Transfer çalışmalarını davam etdirən “Gəncə” daha bir legioneri heyətinə cəlb edib.
Bu barədə Komanda.az-a bölgə klubundan məlumat verilib.
ABŞ-dan olan Ceykob Uayli ilə cari müövsümün sonuna kimi olan müqavilə bağlanıb. İki metr boya malik basketbolçu ampluaca hücumçudur. O, “Gəncə”də 2 nömrəli forma ilə oynayacaq.
Ceykob Uayli son mövsümü Rumıniyanın “Styaua” klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



