Azərbaycan millisi Rusiyaya qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb. Görüşü italiyalı hakimlər – Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edibllər.

Qeyd edək ki, yığmamız ilk oyunda ev sahibi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olmuşdu. Şimal qonşularımız isə ilk turda Slovakiyanı 7:1 hesabıyla məğlub etmişdi. Amma futzalçılarımız ruslarla çətin və dramatik qarşılaşmadan qalib ayrılmağı bacarıblar.

DÇ-nin elit-raund mərhələsi

30 yanvar

Azərbaycan – Rusiya 4:3
Qol
: R.Vilela, 01:44. K.Everton, 33:31; 39:24. İ.Atayev, 36:45 – Romulo, 15:28. D.Davıdov, 17:33. A.Antoşkin, 39:40.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 10. Oliveira Da Nascimento “Vassura”, 6. Eduardo Borges, 9. Rafael Vilela, 13. Kardoso Everton, 1. Emin Kürdov (q), 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conatan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali.
Baş məşqçi: Joze Alesio Da Silva.

Rusiya: 12. Albert Tsaider (q), 3. Romulo, 8. Eder Lima, 10. Robinho, 14. Danil Davıdov (k), 1. Georgi Zamtaradze (q), 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 9. Yanar Asadov, 11. Artem Niyazov, 13. Nikolay Şisterov, 15. Rişat Kotlyarov, 17. Artem Antoşkin, 18. Arser Baqirov.
Baş məşqçi: Sergey Skoroviç.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button