Azərbaycan – Bosniya və Herseqovina: Hakimlər açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 29-da keçiriləcək Azərbaycan – Bosniya və Herseqovina oyununu idarə edəcək hakimlər açıqlanıb.

Komanda.az xəbər verir ki, sabah keçiriləcək qarşılaşmanın əsas hakimi İsveçrədən olan Daniel Markoviç olacaq.

Avropa çempionatının final mərhələsi

29 yanvar

20:30 Azərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Timekeeper: Qabor Kovacs (Macarıstan)