“Futbolu sevənlər Messini sevməyə bilməzlər” – Kazemiro

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Argentina millisinin hücumçusu Lionel Messi haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Messinin xüsusi rəqib olduğunu bildirib:

“O, bir dövr yaratdı, bunu inkar etmək olmaz. Mən “Barselona”ya və ya Argentina millisinə qarşı oynadığım zaman o, həmişə xüsusi rəqib olub. Ondan qaçmaq mümkün deyil. Futbolu sevənlər Messini sevməyə bilməzlər. O, heyranlığa layiqdir”.

Messi Argentina millisi ilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

Argentinalı forvard bu yay azad agent kimi “İnter Mayami”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button