“Futbolda bundan gözəl hiss yoxdur” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker Premyer Liqa çempionluğunu qazanmaq istədiklərini söyləyib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu yenidən çempion olmaq istədiyini bildirib:

“Bu, mənim yeddinci mövsümümdür və biz beş dəfə Premyer Liqanın qalibi olduq. Mən bunu yenidən etmək istəyirəm. Çünki sizi əmin edə bilərəm ki, bayramın sonunda, arxaya baxıb medal alanda fəxri kürsüyə qalxırsız: futbolda bundan gözəl hiss yoxdur. İlk medalımı almaq üçün çox illər gözlədim və onu alandan sonra bu, asılılığa çevrildi. Davam etməli və daha çox qazanmalı olduğumu başa düşdüm”.

Uolker 2017-ci ildən Mançester təmsilçisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button